Dünya

BƏƏ 7 ildən sonra İrana yeni səfir təyin etdi

16 İyul 2022 18:30
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 7 ildən sonra İrana yeni səfir təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, BƏƏ hökuməti başçısının diplomatik müşaviri Ənvər Qarqaş ölkəsinin antiİran oxunun bir parçası olmayacağını bildirib.

Bununla belə, o qeyd edib ki, İranın regiondakı davranışları diplomatik səylərə kömək etmir. Ənvər Qarqaş əlavə edib ki, BƏƏ İranla münasibətləri bərpa etmək üçün Tehrana səfir göndərir.

Qeyd edək ki, BƏƏ-nin 2015-ci ildən Tehranda səfiri yoxdur. Qətər və Küveytlə yanaşı, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan və onun müvəqqəti işğalından sonra BƏƏ də etiraz əlaməti olaraq öz səfirini Tehrandan geri çağırmışdı.

Səudiyyə Ərəbistanı ilə ixtilafından sonra Qətər Tehrandakı səfirini geri göndərib, lakin Küveyt və BƏƏ-nin hələ də Tehranda səfirləri yoxdur və münasibətləri aşağı səviyyədədir. BƏƏ hökuməti başçısının müşaviri onu da əlavə edib ki, bu ölkə İrana münasibətdə körpü qurmağa çalışır. İranla qarşıdurma ideyası BƏƏ-nin prioriteti deyil. BƏƏ İranla qarşıdurma xəttini dəstəkləmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.