Dünya

Bu ölkədə koronavirusa yoluxanların sayı 100 mini keçdi

16 İyul 2022 08:18
0 Şərh     Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada fevral ayından bəri gündəlik görülən COVID-19 yoluxmalarının  sayı yenidən 100 mini keçib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Yaponiyada yoluxma sürətinin yüksək olduğu bildirilən "Omicron"un BA.4/BA.5 variantının sürətlə yayılması ilə yoluxmaların sayında artım müşahidə olunub.

Sözügedən varianta görə gündəlik yoluxmaların sayı 104 minə yüksəlib, beləliklə, ölkədə 5 aydan sonra COVID-19 halları 100 mini keçib.

Yaponiyanın Baş naziri Kişida Fumio bildirib ki, yoluxma sayının artmasına baxmayaraq, hələlik heç bir məhdudiyyət planı yoxdur.

Qeyd edək ki, Yaponiyada COVID-19-a yoluxanların ümumi sayı 10 milyonu ötüb, dünən 90 min yoluxma halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.