Dünya

Mariupolda binaların həyətlərində basdırılan cəsədlər çıxarılaraq kütləvi məzarlarda dəfn olunur

11 İyul 2022 08:33
0 Şərh     Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mariupolda çoxrmərtəbəli binaların həyətlərində dəfn edilən cəsədlərin eksqumasiyası bərpa edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib.

"Hazırda Rusiya Federasiyasının İstintaq Komitəsi eksqumasiya aparır. Meyitlər çıxarılaraq plastik torbalara qoyulur və birbaşa Starıy Krıma aparılır. Orada artıq kütləvi məzarlarda basdırılır", - deyə o, bildirib.

Andryuşşenkonun sözlərinə görə, eksqumasiyadan sonra müstəntiqlər və ya sadəcə hərbçilər basdırılan insanların ölümünün təfərrüatları ilə bağlı yerli sakinləri dindirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.