Dünya

Qərbin şok planı: Hədəf Rusiyanın bu ehtiyatıdır

7 İyul 2022 17:52
1 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi Qərb ölkələrinin liderlərinin əvəzlənməsinin Rusiya üçün müsbət dəyişikliyə səbəb olacağına inanmamalısınız. Boris Conson və Co Baydeni başqası əvəzləyə bilər, lakin bu, o ölkələrin siyasətini dəyişməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Karen Şahnazarov Rusiyanın "Rossiya" kanalında yayımlanan "Vladimir Solovyovla axşam" verilişinin efirində deyib.

"Onlar gedəcək, başqaları gələcək. Hər şeyin dəyişəcəyinə zəmanət haradadır? Əksinə, hər şey daha da pisləşə bilər, çünki Qərbin konkret marağı var - Rusiyanı ləğv etmək! Yeri gəlmişkən, bu, onların uzunmüddətli marağıdır. Bu gün onların bunu reallaşdırmaq imkanı var. Onların bu siyasətdən əl çəkmələrinin yeganə yolu məğlub olmalarıdır. Amma Rusiya kimi Qərbin tam məğlubiyyəti mümkün deyil. Rusiya və Qərb belə bir statusda yaşamağa məhkumdur. Söhbət başqa maraqlardan gedir...

Dünya şirin su ehtiyatlarının 40 faizi Rusiyadadır. 10 ildən sonra bəşəriyyəti nə gözlədiyini bilə-bilə Qərbin Rusiyanı ləğv etmək istəyinin əsas məqsədinin bu ölkənin resurslarına çatmaq olduğunu güman etmək olar", - deyə o qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.