Dünya

Rusiya Silahlı Qüvvələri İlan adasına zərbə endirməyə çalışıb

6 İyul 2022 12:30
1 Şərh     Baxış: 1 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Silahlı Qüvvələri İlan adasına zərbə endirməyə çalışıb".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.

"Bayrağımız oradadır, öz yerindədir. Rusiya ordusu havadan kəşfiyyat aparmağa çalışıb. Lakin silahlarımızın hazır vəziyyətdə olduğunu görüb, uzaqlaşıblar", - o söyləyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyunun 30-da İlan adasından çıxmışdı. Məlumata görə, həmin günədək Rusiya ordusu İlan adası istiqamətində xeyli itki verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.