Dünya

Terrorçulara 3 min göndərdi və 9 il müddətinə azadlıqdan məhrum edildi

1 İyul 2022 03:49
0 Şərh     Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənub Dairə Hərbi Məhkəməsi Rusiyada qadağan olunmuş "İslam Dövləti" terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilinən Tacikistan əsilli Fayzali Xalimxonovu 9 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az bildirir ki, bu haqda məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Kişi təyin olunan müddətin ilk üç ilini həbsxanada keçirəcək. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsi ("Terrorçuluq fəaliyyətinə yardım") ilə təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, Volqoqradda olan Xalimxonov terror təşkilatının üzvünün ona verdiyi bank kartı hesabına üç min rubl (təxminən 56 dollar) köçürüb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.