Dünya

İsraildə koronavirusa yoluxma sürətlə artır

19 İyun 2022 16:52
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsraildə yeni növ koronavirusa (COVİD-19) yoluxma halları artmağa davam edir, bunu yeni dalğa adlandıra bilərik".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İsrail Səhiyyə Nazirliyinin Baş direktoru Naxman Aş bildirib.

Naxman Aş deyib ki, uzun müddətdən sonra ilk dəfə cümə günü ölkədə koronavirusa 7 min yoluxma aşkarlanıb: "Düşünürəm ki, biz bunu yeni dalğa adlandırmağa başlayacağıq. Yoluxmanın artmasının səbəbi Omicron ştamıdır. Hökumət hazırkı mərhələdə yenidən sərt məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə düşünmür. Hazırda söhbət yalnız qapalı ictimai məkanlarda maskadan istifadədən gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.