Dünya

Dünyada ilk: 5 yaşdan uşaqlar üçün COVID-19 peyvəndi təsdiqləndi

19 İyun 2022 11:15
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ səlahiyyətliləri "Pfizer"in "BioNTech" və "Moderna" koronavirus peyvəndlərini beş yaşdan kiçik uşaqlar üçün təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.

Baydenin bildirib ki, bu ABŞ-da COVID-19 ilə mübarizədə mühüm addımdır.

Prezidentin sözlərinə görə, ABŞ dünyada bu cür peyvəndlərə icazə verən ilk ölkə olub.

O vurğulayıb ki, bu peyvəndlər təhlükəsizdir və valideynlərə övladının koronavirusun təsirindən qorunduğuna əminlik yaradır.

Prezidentin sözlərinə görə, ABŞ-da 220 milyondan çox amerikalı tam peyvənd olunub, 100 milyondan çoxu isə revaksinasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.