Dünya

Rubl çökəcək?

16 İyun 2022 20:37
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Bankının rəhbəri Elvira Nabiullina Rusiyada valyuta məhdudiyyətlərinin ləğv edildiyini açıqlayıb ki, bu da rublun kəskin şəkildə zəifləməsinə gətirib çıxarmalıdır.

Milli.Az "İnterfaks"-a istinadən bildirir ki, o, Ukrayna ilə müharibə başlayandan sonra qoyulan məhdudiyyətlərin aradan qaldırılması sürətini maliyyə sisteminin sabitləşməsi ilə əlaqələndirib.

"Maliyyə sistemi sabitləşdikcə, bu məhdudiyyətlər tədricən yumşalır. Mənim fikrim odur ki, məhdudiyyətlər bitməlidir, heç olmasa onların çoxu", - Mərkəzi Bankın rəhbəri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı deyib.

Nabiullina qeyd edib ki, sanksiyalar və Rusiya ehtiyatlarının dondurulması ilə əlaqədar tənzimləyicinin valyuta tənzimlənməsinin son dərəcə məhdud funksionallığı var, bu səbəbdən də Mərkəzi Bank ciddi valyuta məhdudiyyətləri tətbiq etməli olub. O izah etdi ki, ehtiyatların dondurulması tənzimləyicini valyuta müdaxiləsi yolu ilə kapitalın kəskin axınına cavab vermək qabiliyyətindən faktiki olaraq məhrum edib, ona görə də qeyri-rezidentlərə aktivlərini satmağı və xaricə vəsait çıxarmağı qadağan etmək qərara alınıb.

Nabiullina həm də vətəndaşları sakitləşdirməyə tələsərək, xarici valyutada əmanətlərin, eləcə də xarici valyutanın dövriyyəsinin qadağan olunmayacağına inandırıb. Mərkəzi Bank rəhbərinin sözlərinə görə, dollar, avro və digər valyutalara qadağa qoyulmayacaq, heç kim xarici valyutada olan əmanətləri müsadirə etməyəcək.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.