Dünya

Ermənistan əhalisinin sayı azalır

14 İyun 2022 08:44
0 Şərh     Baxış: 1 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan əhalisinin sayı azalır.

Milli.Az "Report"a istinadən bildirir ki, Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda 10 869 uşaq doğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 % və ya 390 uşaq azdır. Qeyd edilir ki, ölkə əhalisinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2 % azalıb.

Məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında ölkədə 5 229 nikah qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % və ya 308 azdır. İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə nikahların sayı indikindən çox olub: "Təbii ki, bütün bunları cəmiyyətimizdəki sosial-iqtisadi problemlər, neqativ gözləntilər, eləcə də təhlükəsizlik məsələləri ilə izah etmək olar", - mətbuat vurğulayıb.

Evliliklərin sayının azalması fonunda boşanmalar da artıb. O cümlədən, 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda 1 492 boşanma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % və ya 195 fakt çoxdur.

Nikahların azalmasının, boşanmaların artmasının sosial-iqtisadi, dəyərli, məişət səbəblərini araşdırmadan qeyd etmək lazımdır ki, bu, eyni zamanda demoqrafik problemlərin kəskinləşməsinə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.