Dünya

Bu ölkə Ukraynaya silah verməyəcəyini açıqladı

8 İyun 2022 07:19
0 Şərh     Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstan Ukraynaya silah verməyəcəyini açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kiril Petkov açıqlayıb.

Petkov bildirib ki, ölkəsi artıq Ukraynaya kifayət qədər yardım göstərir və Sofiya silah tədarük etməyi planlaşdırmır.

"Düşünmürəm ki, hər iki həftədən bir bu mövzunu yenidən gündəmə gətirməliyik. Ukrayna üçün qaçqınlara dəstək, maliyyə yardımı etmişik. Biz Bolqarıstan dövləti olaraq onlara dəstək olmaq üçün kifayət qədər işlər görmüşük və davam edəcəyik", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.