Dünya

"Bu bizim üçün heç də arzuolunan deyil" - Zelenski

6 İyun 2022 22:19
0 Şərh     Baxış: 1 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb ölkələri Ukraynanı Rusiya üçün əlverişli şərtlərlə sülh bağlamağa sövq edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

O bildirib ki, Kiyev müzakirələrə dəvət olunmadığı üçün bu barədə tam məlumatlı deyil.

"Hər kəs həqiqətən də bizi hansısa nəticəyə gəlmək üçün mümkün qədər nəyəsə sövq etmək istəyir. Bu bizim üçün heç də arzuolunan deyil, çünki bizdən hələ heç bir şey soruşulmayıb. Lakin öz maraqları olan müəyyən tərəflər üçün faydalıdır", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bəzi partiyalar maddi, digərləri isə siyasi qazanc axtarır.

Zelenski qeyd edib ki, dünya Ukraynadakı müharibədən bezib, ona görə də insanlar müəyyən nəticə istəyirlər.

"Bizə nəticə lazımdır. Ancaq mən bu müharibənin bizim üçün müsbət həlli istiqamətində heç bir razılaşma əldə etməmişəm",- deyə Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.