Dünya

NATO Baltik dənizi regionunda təlimlər keçirəcək

4 İyun 2022 20:44
0 Şərh     Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baltik dənizi regionunda iyunun 5-dən 17-dək ənənəvi "Baltops" hərbi təlimləri keçiriləcək.

Təlimlər Stokholmda başlayacaq, daha sonra Baltik dənizində və regionun hava məkanında davam etdiriləcək.

Hərbi manevrlərdə NATO-nun 14 üzv ölkəsi - ABŞ, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Böyük Britaniya, Niderland, Norveç, Polşa və Türkiyə, habelə Alyansın tərəfdaşları olan İsveç və Finlandiya iştirak edəcək.

Təlimlərə 4 mindən çox hərbçi, həmçinin dəniz desantı, 60-dan çox təyyarə və 40 gəmi cəlb ediləcək. Manevrlərin gedişində Baltik regionunda kollektiv müdafiənin təmin edilməsi işlənəcək.

Təlimlərə Almaniyada yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.