Dünya

ABŞ Ukraynadan Qərb silahlarını Rusiyaya qarşı istifadə etməyəcəyi ilə bağlı zəmanət alıb

3 İyun 2022 09:07
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti Ukrayna rəhbərliyindən Qərb silahlarının Rusiyadakı hədəflərə qarşı əməliyyatlarda istifadə olunmayacağına dair zəmanət aldıqlarını təsdiqləyib.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib.

O vurğulayıb ki, Ukrayna Rusiyanın hücumuna cavab vermək hüququna malikdir və ABŞ müttəfiqləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələrini müdafiə silahları ilə təmin edir.

Bununla belə, o qeyd edib ki, Ukrayna bu silahlardan yalnız öz ərazisində istifadəyə zəmanət verib: "Düzdür, biz ukraynalı tərəfdaşlarımızdan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün bu silahlardan istifadə etməyəcəklərinə dair təminat almışıq. Ukraynadakı döyüşlərin hər mərhələsində ABŞ və digər ölkələr ukraynalı tərəfdaşlarına tam olaraq istədikləri şeyi təqdim ediblər. Məqsədimiz bu müharibəni bitirmək üçün əlimizdən gələni etməkdir".

O, ABŞ-ın həm döyüş meydanında, həm də danışıqlar masası arxasında Ukraynanın mövqeyini gücləndirəcəyinə əmin edib.

"Lakin biz əmin olmaq istəyirik ki, nə biz, nə də beynəlxalq ictimaiyyət bu münaqişəni lazımsız şəkildə davam etdirə biləcək heç bir iş görməsin. İndi müharibəni uzatmağa çalışan Rusiyadır. Əgər Ukrayna bu gün mübarizəni dayandırsa, sabah suveren, müstəqil Ukrayna dövləti olmayacaq. Əgər Rusiya bu gün döyüşü dayandırsa, o zaman müharibə olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.