Son bir həftə ərzində dünyada 3,3 milyondan çox insan koronavirusa yoluxub, 9 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxma hallarının sayı 11 faiz azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd olunur ki, koronavirusdan ölənlərin sayı son həftə ərzində üç faizədək azalıb.
Ümumilikdə, son həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 3 383 774 yoluxma və 9 647 ölüm faktı haqqında məlumat daxil olduğu bildirilir.
Milli.Az