Dünya

"Rusiya uzunmüddətli müharibəyə hazırlaşır"

18 May 2022 08:06
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

"Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzanan fazaya keçir. Biz görürük ki, Xerson və Zaporojye vilayətlərində onlar fəal şəkildə mühəndis-istehkam işləri aparırlar", - nazir qeyd edib.

O, həmçinin bildirib ki, Belarus qoşunları Ukrayna ilə sərhəddə aktiv manevrlər həyata keçirir.

"Biz düşməni tez bir zamanda məğlub etmək və ərazilərimizi azad etmək istəyirik. Rusiyanın münaqişəni kənara çəkməsinə imkan verməyin. Ona görə də beynəlxalq yardım və lazımi miqdarda silah almaqda çox maraqlıyıq", - Reznikov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.