Dünya

Dnepr raket atəşinə tutuldu

4 May 2022 22:55
0 Şərh     Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov bildirib. Onun sözlərinə görə, Dneprdə iki güclü partlayış baş verib. 

"Biz gizləndiyimiz yerdən çıxmayacağıq! Biz hərbi administrasiyadan rəsmi məlumat gözləyirik", - Filatov qeyd edib. 

"Ukrzaliznitsa" ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin də atışma ilə bağlı vəziyyəti şərh edib.

"Dneprdə dəmir yolu infrastrukturuna növbəti raket hücumu. Dəmiryolçular arasında itki yoxdur. Dəymiş ziyanın dərəcəsi hava hücumunun sonunda qiymətləndiriləcək", o, Teleqram kanalında yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.