Dünya

Berlin rus neftindən imtina üçün vaxt istədi

2 May 2022 17:15
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Berlin Rusiya neftinə embarqo qoyulmasının tərəfdarıdır, lakin tədarükün azaldılmasına hazırlaşmaq üçün bir neçə ay lazımdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis deyib.

"Biz Rusiyadan neft almağı dayandırmaq istəyirik, lakin neft tədarükü üçün dogər mənbələrin müəyyən edilməsinə bir az vaxt lazımdır", - Kukis bildirib.

O qeyd edib ki, Berlin bir sıra neft şirkətləri, Avropa Komissiyası və Polşa hökuməti ilə danışıqlar aparır:

"Bu proses çətinliklərlə doludur, lakin Almaniya ilin sonundan gec olmayaraq bütün problemləri həll edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.