Dünya

Baş Qərargah: "Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib"

26 Aprel 2022 11:42
0 Şərh     Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya hərbçilərinin 10 hava hədəfini - 3 təyyarə, əməliyyat-taktiki səviyyədə 4 PUA və 3 qanaldı raketini məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Məlumata görə, ötən sutkada Donetsk və Luqansk vilayətlərində rəqibin 6 hücumunun qarşısı alınıb, 4 tank, 5 artilleriya sistemi, 13 zirehli texnika, 15 avtomobil texnikası, 2 yanacaqdaşıyan maşın, bir zenit qurğusu məhv edilib.

Bildirilib ki, Ukrayna hərbçiləri Xerson vilayətinin Bolşaya Aleksandrovka yaşayış məntəqəsində Rusiyanın silah-sursat anbarını dağıdıb və 70-dən çox şəxsi heyətini zərərsizləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.