Dünya

Rusiya Ukraynaya sənəd layihəsi təhvil verib - Peskov

20 Aprel 2022 14:54
1 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukraynaya aydın dilə malik sənəd layihəsini təhvil verib və cavab gözləyir.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident bildirib ki, Ukrayna tərəfi mütəmadi olaraq əvvəllər verilmiş razılaşmalardan yayınır, öz sözlərindən yayınır. Bu, danışıqların effektivliyi baxımından çox pis nəticələrə malikdir. Hazırda bizim sənəd layihəsi Ukrayna tərəfinə verilib. Tamamilə aydın düsturlar işlənib. Top onların tərəfindədir, cavab gözləyirik", - Peskov qeyd edib.

O, həmçinin qeyd edib ki, cavab müddəti Kiyevdən asılıdır. "Biz dəfələrlə demişik ki, Ukrayna tərəfinin işinin dinamikası çox arzuolunan deyil, ona görə də ukraynalılar danışıqlar prosesini aktivləşdirməyə böyük meyl göstərmirlər", - Peskov bildirib.

İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvinin Qüdsün Putin və Zelenski arasında mümkün görüşü qəbul etməyə hazır olması ilə bağlı bəyanatını şərh edən Kreml sözçüsü qeyd edib ki, İsrail tərəfi "birinci dəfə deyil ki, belə bir görüşü qəbul etməyə hazır olduğuna işarə edir".

"Və biz artıq dəfələrlə belə bir hipotetik görüşün sələfi nə olduğunu izah etmişik", - Peskov bu mövzunun Putinlə İsrailin baş naziri Naftali Bennett arasında müzakirə olunub-olunmaması sualına cavab verib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.