Dünya

"Xüsusi hərbi əməliyyat plan üzrə gedir" - Peskov

18 Aprel 2022 14:09
3 Şərh     Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna danışıqlarında irəliləyişin dinamikasında çox şey arzuolunan deyil, Ukrayna tərəfi artıq razılaşdırılmış məsələlərlə bağlı mövqeyini tez-tez dəyişir.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Xüsusi hərbi əməliyyat davam edir. Bu yaxınlarda Vladimir Putin dedi ki, bu, plan üzrə gedir. Eyni zamanda, danışıqlar prosesi çərçivəsində ekspertlər səviyyəsində təmaslar davam edir", - o deyib.

"Təəssüf ki, Ukrayna tərəfi o qədər də sabitlik nümayiş etdirmir. Razılaşdırılmış məqamlarda mövqe tez-tez dəyişir. Danışıqlar prosesində irəliləyişin dinamikası çox arzuolunan deyil", - Peskov qeyd edib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.