Dünya

Aclıqdan ölən anasının qəbri üzərinə yemək qoyur... - FOTO

6 Aprel 2022 14:42
2 Şərh     Baxış: 4 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ukraynaya qarşı fevralın 24-ü başlatdığı müharibə davam edir. Müharibə nəticəsində çox sayda uşaq valideynlərinin birini və ya hər ikisini itirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu uşaqlardan biri də Kiyev vilayətində yaşayan 6 yaşlı bir oğlandır. Sözügedən uşağın fotolarını ukraynalı jurnalist Anastasiya Lapatina öz tviter hesabında paylaşıb.

Görüntülərdən azyaşlı uşağın həyətlərində dəfn olunan anasının qəbri kənarında dayandığını görmək mümkündür. Qadının aclıq səbəbindən dünyasını dəyişdiyi bildirilir. 6 yaşlı uşaq indi anasının qəbri üzərinə konserv qutuları, meyvə şirəsi gətirib qoyur.

Azyaşlının bu fotoları dünya üzrə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.