Dünya

Rusiyada koronavirusa yoluxma səviyyəsi həftə ərzində 19.9 faiz azalıb

4 Aprel 2022 14:48
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada son sutka ərzində daha 15 291 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 912 157 nəfərə çatıb.

Son sutka ərzində 287 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 369 995 nəfərə çatıb.

Koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada hər 100 min nəfərə COVID-19-a yoluxma nisbəti həftə ərzində 19.9% azalıb: "Son həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 16,4 olub və əvvəlki həftə ilə müqayisədə 19.9 faiz azalıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.