Dünya

Məşhur ukraynalı siyasətçinin əri müharibədə həlak oldu

1 Aprel 2022 10:06
0 Şərh     Baxış: 1 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Ali Radasının deputatı, Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiyası üzrə müavini Olqa Stefanşinanın həyat yoldaşı ölkədə davam edən hərbi əməliyyatlar nəticəsində həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Olqa Stefanşina öz "Facebook" səhifəsində məlumat yayıb.

Siyasətçi qeyd edib ki, əri Çerniqov vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalaraq həyatını itirib.

"O, insanları xilas etməyə çalışırdı. Övladlarımın yanında olacam, əlaqəyə çıxa bilməyəcəm. Mənim üçün çox ağırdır", - Olqa Stefanşina yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.