Dünya

Omikron ştamına qarşı vaksin BU TARİXDƏ hazır olacaq - Alman nazir

30 Mart 2022 09:12
1 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada Omikron ştamına qarşı vaksin payızda hazır olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Loterbax Brüsseldə səhiyyə nazirlərinin iclasında bildirib.

Nazir əlavə edib ki, yeni vaksinin hazırlanması gecikir: "Məndə olan məlumata görə, koronavirusun yeni variantlarına qarşı vaksinlər payızdan tez hazır olmayacaq" - deyə nazir bildirib.

Qeyd edək ki, fevral ayında "Biontech" və "Modena" şirkətləri may ayında yeni vaksinin sınaqlarına başlayacağını bildirmişdi. İndi isə hər 2 şirkət sınağa yayda başlayacağını iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.