Dünya

Bu ölkə də Rusiya vətəndaşlarına milli valyuta və qiymətli kağızların satışını qadağan edə bilər

29 Mart 2022 09:36
0 Şərh     Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarka ölkədə yaşayan Rusiya vətəndaşlarına yerli valyuta olan kronun və qiymətli kağızların satışının qadağan edilməsini nəzərdə tutan qanunvericilik tədbirləri hazırlayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Bloomberg" məlumat yayıb.

Məlumata görə, hazırda müvafiq qanun layihəsi üzərində iş aparılır.

Qadağanın təkcə Rusiya deyil, Belarus vətəndaşlarına da şamil ediləcəyi güman olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.