Dünya

Ukraynaya yeni “BAYRAQDAR”lar veriləcək - Ərdoğan baş nazirlə razılaşdı

26 Mart 2022 17:52
0 Şərh     Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı telefon danışığını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Conson bu barədə NATO sammitindən sonra keçirilən brifinqdə deyib.

"Biz Ərdoğanla belə razılaşdıq: Britaniya Rusiyanın uzaqmənzilli artilleriyasını məhv etmək üçün anti-batareya sistemləri ilə Ukraynanı təmin edəcək, onlar buradan Mariupolu vururlar. Britaniya artilleriyası da rus gəmilərini uzaq məsafədən məhv edə biləcək. Türkiyə isə Ukraynaya "Bayraktar"ların daha bir partiyasını tədarük edəcək", deyə Conson vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.