Dünya

Teatrın bombalanması ilə bağlı yeni detallar: 300 nəfərin öldüyü ehtimal edilir

25 Mart 2022 14:33
1 Şərh     Baxış: 1 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 16-da Rusiya qırıcılarının bombaladığı Mariupol Dram Teatrının binasında 300-ə yaxın insan həlak olub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

"Təəssüf ki, bu pis xəbəri sizinlə bölüşürük. Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrında Rusiyanın zərbələri nəticəsində 300-ə yaxın insan həlak olub. Sonuna qədər bu dəhşətə inanmaq istəmirik. Sonuna qədər hər kəsin qaçmağa bacardığına inanmaq istəyirik. Amma terror aktı zamanı binada olanların sözlərinə görə, belə deyil", - məlumatda deyilir.

Şəhər şurası xatırladıb ki, teatr binasının qarşısındakı nəhəng "UŞAQLAR" yazısı rus əsgərlərini dayandırmayıb.

"Biz binaları bərpa edə biləcəyik, lakin heç vaxt dostlarımızı, qonşularımızı, qohumlarımızı və yaxınlarımızı geri qaytara bilməyəcəyik", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.