Dünya

Erməni muzdluları Ukraynaya qarşı döyüşmək üçün Putinə müraciət edib

17 Mart 2022 11:36
0 Şərh     Baxış: 1 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular indi də Rusiya ordusunun sıralarında Donbasda Ukraynaya qarşı döyüşmək istəyirlər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən "Erməni qartalları" terror qruplaşması bunun üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Nəşrin məlumatına görə, dəstə başçısı Xaçik Asryan müvafiq məktubu Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə təqdim edib.

Bir müddət əvvəl təşkilatın rəsmi səhifəsində dəstənin "44 günlük müharibədə Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək olan" Ukraynaya qarşı döyüşə hazır olduğuna dair məlumat yayılmışdı.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.