Dünya

Ruslar Zaporojyedə stansiyanı və botanika bağını vurdu - VİDEO

16 Mart 2022 13:06
0 Şərh     Baxış: 2 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaporojye şəhərinin Aleksandrovski rayonundakı Zaporojye II stansiyasının dəmir yolu vağzalında partlayış baş verib.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə səhər saatlarında Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev məlumat verib.

Daha sonra Zaporojye Vilayət Dövlət Administrasiyasının sədri Aleksandr Starux rusların Zaporojyedə mülki hədəfləri vurduğunu bildirib.

"Səhər yaxşı açılmadı. Əsas xəbər odur ki, Zaporojyedə ilk dəfə mülki obyektlər bombalanıb. Raketlər Zaporojye II dəmiryol vağzalı ərazisinə düşüb. İlkin məlumatlara görə, ölən olmayıb. İkinci raket Nəbatat bağının ərazisinə düşdü", - deyə o bildirib.

Starux onu da qeyd edib ki, gecə saatlarında Mariupoldan 3000-dən çox adam Zaporojyeyə çatıb.

"Saat 2:00-a olan məlumata görə, Mariupoldan 3207 avtomobil Zaporojyeyə gəlib. Biz artıq 3000-dən çox insanı, o cümlədən 772 uşaq qəbul edib yerləşdirmişik", - Vilayət Dövlət Administrasiyasının sədri bildirib.

"Ukrzaliznitsia"nın məlumatına görə, Rusiyanın atəşə tutması nəticəsində stansiyanın infrastrukturuna ziyan dəyib, şəxsi heyət və sərnişinlər isə xəsarət almayıb.

Xüsusən də relslər, əlaqə şəbəkəsi zədələnib, binalarda şüşələr uçub. Həmçinin stansiyada sərnişinsiz şəhərətrafı qatarlar olub, onların şüşələri zədələnib.

"Ukrzaliznitsia" bütün zədələnmiş infrastrukturu mümkün qədər tez bərpa edəcəyini vəd edir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.