Dünya

Ukraynada müharibədə məhv edilən infrastruktur obyektlərinin sayı açıqlanıb

16 Mart 2022 08:36
0 Şərh     Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ordusu müharibə başlayandan bu günə kimi sistematik olaraq Ukraynanın mülki infrastrukturunu məhv edib, artıq 3,5 min obyekt var.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib.

"Ukraynada təcavüzkar 3 500 infrastruktur obyektini, o cümlədən 230 nəqliyyat infrastrukturunu, əhalinin yaşayışını təmin edəb elektrik yarımstansiyaları və qaz kəmərləri kimi 165 obyekti tamamilə və ya qismən dağıdıb", - daxili işlər naziri qeyd edib.

Onun sözlərinə görə, dağılan obyektlər arasında Dövlət Fövqəladə Hallar Xidməti və Milli Polisin binaları var.

"Qismən və ya tamamilə dağıdılmış təhsil müəssisələrinin sayı 72-dir. İyirmi bir səhiyyə müəssisəsinə ziyan vurulub. Zərər görmüş yaşayış binalarının sayı hər gün dəyişir. İndi 2 700-dən çox dağıdılmış ev var. Sosial müəssisələrin sayı 10-dur. Digər obyektlər - onların arasında Dövlət Fövqəladə Hallar Xidməti, Milli Polis və s. binalar var - 400-dən çoxdur", - nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.