Dünya

Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat - VİDEO

4 Mart 2022 17:18
Baxış: 3 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Birinci kanal"ında yayımlanan proqramda Azərbaycana qarşı təxribata yol verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, proqramda uçuşların qadağan olunmasından sonra xaricdə qalan Rusiya vətəndaşlarının ölkəyə qayıtması üçün istifadə edə biləcəkləri ölkələrlə bağlı material təqdim olunub.

Lakin ekranda təqdim olunan xəritədə Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verilib. Belə ki, Qarabağ ərazisi ayrıca "dövlət" kimi təqdim olunub.

Sosial şəbəkələrdə Rusiya mətbuatında yer alan kobud "səhv" qəzəblə qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.