Dünya

Abramoviç Londondakı 200 milyonluq malikanəsini satır - FOTO

2 Mart 2022 14:24
0 Şərh     Baxış: 1 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın ən varlı biznesmenlərindən biri Roman Abramoviç Londonda bahalı mülkünü təcili satışa çıxarıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyadan olan deputat Kris Brayant deyib.

Brayant qeyd edib ki, Abramoviç Rusiyaya qarşı sanksiyalardan dəhşətə gəlib.

O, hökumətə müraciət edərək Abramoviçin öz aktivlərini satana və vəsaitləri ölkədən çıxarmasına qədər oliqarxa qarşı sanksiya tətbiq edilməsinə çağırıb.

"Abramoviç sabah Londondakı malikanəsini, mənzilini satmaq istəyir", - deyə deputat qeyd edib.

Xatırladaq ki, rusiyalı oliqarxın adı nə Avropa İttifaqının, nə də Böyük Britaniyanın sanksiya siyahıya salınmayıb. Lakin bu, tezliklə dəyişə bilər.

Onun Londondakı malikanəsinin dəyəri 200 milyon dollardır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.