Dünya

Daha bir rus milyarder müharibəyə qarşı çıxdı

1 Mart 2022 18:18
Baxış: 2 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur rusiyalı iş adamı və Rusiyanın ən böyük banklarından biri olan "Tinkoff"un qurucusu Oleq Tinkov Ukraynada vəziyyətin qəbuledilməz olduğunu və müharibənin əleyhinə olduğunu bildirib.

Milli.Az xəbər verir ki, Tinkov İnstaqramda etdiyi şərhdə, bir müddət əvvəl qurduğu fondla qan xərçəngi olan insanların həyatını xilas etməyə çalışdıqlarını açıqlayıb. "İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu qəbuledilməzdir" deyib.

Dövlətlərin pullarını müharibə yerinə insanları sağaltmaq üçün istifadə etmələri lazım olduğuna işarə edən Tinkov, "Biz bu müharibəyə qarşıyıq" deyib.

Bundan əvvəl rusiyalı milyarderlər Mixail Fridman və Oleq Deripaska Rusiyanın Ukraynaya hücumuna qarşı çıxaraq sülhə çağırış ediblər.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.