Ukraynanın 2-ci liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitro Martinenko Rusiya hərbçilərinin bombardımanı zamanı həlak olub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kiyevdə yaşayan futbolçunun evinə bomba düşüb. Hadisə nəticəsində futbolçu və anası həyatını itirib.
Qeyd edək ki, D.Martinenko Ukrayna 2-ci liqasının ən çox qol vuran və ən yaxşı oyunçusu olub.
Milli.Az