Evinə bomba düşən ukraynalı futbolçu həlak oldu - FOTO

1 Mart 2022 08:38

Ukraynanın 2-ci liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitro Martinenko Rusiya hərbçilərinin bombardımanı zamanı həlak olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kiyevdə yaşayan futbolçunun evinə bomba düşüb. Hadisə nəticəsində futbolçu və anası həyatını itirib.

Qeyd edək ki, D.Martinenko Ukrayna 2-ci liqasının ən çox qol vuran və ən yaxşı oyunçusu olub.

Milli.Az