Dünya

Ukrayna rus əsgərlərin yaxınları üçün “qaynar xətt” açdı - FOTO

26 Fevral 2022 23:21
0 Şərh     Baxış: 2 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada "itirilən" rus əsgərləri ilə bağlı qaynar xətt açılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Oleksiy Reznikov Feysbukda məlumat paylaşıb.

"Bu gündən, Ukrayna torpaqlarında hardasa bir rus əsgərini itirən hər kəs üçün qaynat xətt açılır", - o yazıb.

Qeyd olunur ki, bu, rus əsgər və zabitlərinin yaxınları üçün qaynar xəttdir və telefon nömrələri göstərilir:

"Əgər yaxınlarınız son aylarda təlimlərə gedibsə və onlarla heç bir əlaqəsi yoxdursa, deməli, onlar çox güman ki, Ukraynaya hücumda iştirak edirlər".

Eyni zamanda qeyd olunur ki, iki gün ərzində Ukrayna hərbçiləri bir neçə min rusiyalı müdaxiləçini öldürüb və yaralayıb, 200-dən çoxu əsir götürülüb.

Vurğulanır ki, bu qaynar xəttin köməyi ilə onlar öz yaxınları barədə məlumat ala və "ölmüş qohumlarının meyitlərini nə vaxt və necə aparacaqlarına" qərar verə biləcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.