Dünya

Türkmənistan Prezidenti vəzifəsinə daha bir namizəd irəli sürülüb

16 Fevral 2022 21:35
0 Şərh     Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkmənistanın Aqrar Partiyası prezident seçkilərində öz namizədini təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar partiyanın növbədənkənar qurultayında qəbul edilib.

Qərara əsasən, Aqrar Partiyası tərəfindən Marı vilayəti rəhbərinin müavini Ağacan Bəymıradovun prezidentliyə namizədliyi irəli sürülüb.

Xatırladaq ki, 2022-ci il fevralın 14-də Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatına başlandığını elan edib. İlk olaraq namizədliyi Türkmənistan Demokratik Partiyası tərəfindən irəli sürülən Nazirlər Kabineti sədrinin müavini Serdar Berdiməhəmmədov qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.