Dünya

Jirinovski koronavirusa yoluxduğunu gizlədibmiş

10 Fevral 2022 20:48
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) partiyasının lideri, 75 yaşlı Vladimir Jirinovski iki həftə əvvəl özünü pis hiss edib və ona koronavirus diaqnozu qoyulub. Nəticədə siyasətçi xəstəxanaya yerləşdirilib, lakin bundan yalnız onun ən yaxın ətrafı xəbər tutub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

"Məsələ burasındadır ki, Jirinovski dəfələrlə koronavirusa qarşı peyvənd olunub və peyvəndlə bağlı ictimai təbliğat aparıb. İndi o qorxur ki, onun xəstəliyi peyvənd əleyhdarlarının əlində vasitə olar, onlara əlavə arqument verər. Buna görə də infeksiyaya yoluxduğunu mümkün qədər uzun müddət gizlətməyə çalışıb", - məlumatda bildirilib.

Qəzetin məlumatına görə, sonradan onun vəziyyəti daha da pisləşib və fevralın 2-də keçirilən növbəti müayinə zamanı həkimlər Jirinovskinin pnevmoniya xəstəliyinə tutulduğunu aşkar ediblər:

"Jirinovski Moskvadakı Mərkəzi Klinik Xəstəxanasının əsas binasına yerləşdirilib. Ona işini davam etdirməyə və tabeliyində olanlarla əlaqə saxlamağa, onlarla qoruyucu şüşə arakəsmə vasitəsilə danışmağa icazə verilib. Jirinovski xəstəxanada özünü aktiv aparır və xəstəliyini ümumiyyətlə hiss etdirmir. O, hazırda üç mobil telefon işlədir, kitabları, iş sənədləri ilə məşğuldur".

Xatırladaq ki, ötən gün rus mediasında Vladimir Jirinovskinin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu məlumatı yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.