Dünya

Tanınmış kriminal avtoritet etirazçılar arasında - VİDEO

7 Yanvar 2022 14:58
0 Şərh     Baxış: 3 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriminal aləmdə "Arman Dikiy" kimi tanınan avtoritet Arman Cumageldiyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə Almatı küçələrində çıxışında bildirib.

"Arman Dikiy" insanları dinc aksiyalara çağırıb.

Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir, lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.

O qeyd edib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:

"Bu mitinqdir? Bu xaos, anarxiyadır!"

Xatırladaq ki, Arman Cumageldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən "Lotu Quli" ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından sayılırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.