Dünya

Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib

31 Dekabr 2021 21:54
0 Şərh     Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"NATO yanvarın 12-də keçiriləcək NATO Şurası - Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.

"Mən ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Rusiyanın Ukrayna ətrafındakı hərbi gücünün deeskalasiyasını müzakirə etdim. NATO vahid cəbhədə çıxış edir. Biz yanvarın 12-də keçiriləcək NATO Şurası - Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırıq", deyə Baş katib "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında təhlükəsizliklə bağlı danışıqlar yanvarın 10-da Cenevrədə başlayacaq. Ardınca, məsələ yanvarın 12-də NATO Şurası - Rusiya iclası çərçivəsində Brüsseldə, bir gün sonra isə Vyanada müzakirə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.