Ölkə

Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş

5 Noyabr 2025 19:28
Baxış: 1 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun içdiyi dərman həblərindən öldüyü məlum olub.

Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən "Fortiori" vəkil bürosunun üzvü olub.

Əslən Xızının Tıxlı kəndindən olan vəkil ötən il ailə həyatı qurub.

Onun bir neçə gün öncə qızı doğulubmuş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.