İdman

“Əlimizdən gələni edirik, üzərimizdə təzyiqlər var”

6 Noyabr 2025 01:47
Baxış: 335
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bəlkə azarkeşlər gözləmirdilər, amma biz əlimizdən gələni etdik. Bəlkə də ilk hissədə bəxtimiz gətirmədi, amma sonra hesabda irəli çıxdıq. Məşqdə etdiyimiz hazırlıq alındı ki, bugünkü oyunda göstərdik. Amma sondakı 1 xalla da razıyıq".

Milli.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımümdafiəçisi Marko Yankoviç "Çelsi" ilə UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda baş tutan matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Biz də özümüzdən bunu gözləyirik, amma bilirsiniz ki, bu turnirdə səviyyə çox yüksəkdir, burada yüksək keyfiyyətli futbolçular, güclü komandalar var. Biz əlimizdən gələni edirik və üzərimizdə təzyiqlər var və çalışırıq ki, növbəti oyunlarda yaxşı nəticələr əldə edək", - deyə o, vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.