Müsəlman namizədin qələbəsindən sonra, Trampdan tarixi etiraf
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp Nyu-York bələdiyyə sədri seçkilərində qalib gələn Demokrat namizəd Zohran Mamdani ilə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, Tramp çıxışında diqqətçəkən ifadə işlədib: "Dünən gecə Nyu-Yorkda suverenliyimizin bir hissəsini itirdik, amma bununla məşğul olacağıq, narahat olmayın."
Rəsmi olmayan nəticələrə görə, 34 yaşlı, Uqandada doğulmuş Zohran Mamdani, seçkilərdə qələbə qazanaraq tarix yazıb. O, Nyu-Yorkun son 100 ildə ən gənc bələdiyyə sədri və şəhərin tarixində bu vəzifəyə gələn ilk müsəlman olub.
Seçkilərdə 2 milyondan çox seçici iştirak edib. Bu göstərici 1969-cu ildən bəri ən yüksək seçici fəallığı kimi qeyd olunub.
Florida ştatının Mayami şəhərində keçirilən "Amerika İş Forumu"nda çıxış edən Tramp, seçki nəticələrindən Respublikaçılar Partiyasının razı qalmadığını bildirib.
Tramp, Mamdaninin qalibiyyəti ilə bağlı belə deyib: "5 noyabr 2024-cü ildə hökuməti geri aldıq və suverenliyimizi bərpa etdik. Dünən isə Nyu-Yorkda bunun bir hissəsini itirdik."
O, seçkilərin "saxtakarlıqla keçirildiyini" iddia edib və əlavə edib: "Nyu-Yorkda baş verənləri izləyin, çox pis şeylər görə bilərsiniz."
Tramp demokratların "komunist ideyalar yaydığını" iddia edərək bildirib ki, Nyu-Yorkda bir çox insanın yaxın vaxtlarda şəhəri tərk edəcəyini düşünür.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı - (Foto)
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat
-
Evinin "kupça"sı olmayanlara şad xəbər
-
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı





