İdman

"Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək

5 Noyabr 2025 10:02
Baxış: 334
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Milli.Az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Görüşün baş hakimi Sebastian Gishamer olacaq. Ona Roland Riedel və Santino Schreiner kömək edəcəklər. Dördüncü hakim Valter Altmann, VAR-da hakimi Manuel Schuettengruber, AVAR-da isə Josef Spurny olacaq.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Atlılar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.