“Xalq artistləri, niyə dillənmirsiniz?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Səidə Sultan Azərbaycan mədəniyyətinin hazırkı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.
Milli.Az xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşdığı videoda həmkarlarına səslənərək efirlərdə musiqi mədəniyyətinin pozulmasından şikayətlənən sənətçiləri susqunluqda ittiham edib:
"Heç vaxt belə mövzulardan danışmamışam. Azərbaycan milləti məni illərdir kifayət qədər tanıyır və az da olsa xasiyyətimə bələddir. Bəli, mən emosionalam və bu hisslərim heç vaxt haqsız yerə olmayıb. Nəyisə müdafiə etmək üçün həmişə üzə çıxıb. Bundan da heç vaxt sui-istifadə etməmişəm.
Sözüm bütün günü efirlərdə musiqi mədəniyyətinin pozulmasından gileylənən musiqiçilərədir. Niyə ağzınıza su alıb oturmusunuz? Niyə susmusunuz? Xalq artisti adını yalandan alıb xalqın hesabına dolanırsınız, fəxri addan istifadə edirsiniz. Amma əmələ çatanda, lazım olanda xalqın yanında niyə dura bilmirsiniz? Mən şəxsən, Səidə olaraq, bundan sonra ad versələr belə, istəmirəm. Əməlimlə xalqın yanında durmaq istəyirəm, kasıbı, düzü və əyrisi ilə də...
Niyə bu gün dillənmirsiniz ki, Azərbaycan mədəniyyəti günü-gündən pis vəziyyətə düşür? Niyə bu gün Azərbaycan kanallarında corabdan danışılmalıdır? Niyə bəzi qızlardan danışılıb, onlar şan-şöhrət simvolu kimi gələcək nəsillərə "yaxşı əməl" nümunəsi kimi təqdim olunmalıdır? Və onlardan pul alıb tərifləyən aparıcılar... Niyə çıxıb danışmırsınız? Niyə Azərbaycan musiqisini müdafiə etmirsiniz?
Bu gün bizə fürsət verilib, istifadə edin, öz sözünüzü deməyi bacarın. Yaltaqlıq etməyin, yaltaq yaşamayın, ac yaşayın, mərd olun. Mərd yaşayın, kişi kimi yaşayın. Bir toyun xətrinə bu qədər insanı qurban verməyin. Çıxın, sözünüzü deyin. Televiziyalardan tələb edin. Sonra da deyirlər ki, "Televiziyanın prezidenti dedi ki, çıx otel söhbəti elə". Televiziyalar, siz niyə işləmirsiniz? Ancaq divan və müğənni, başqa mövzumuz yoxdur? Niyə layihələr, fərqli proqramlar düşünmürsünüz?
Barmaq silkələyənlər var, sizə o ixtiyar verilməyib ki, kiməsə nəsil-nəcabəti ilə bağlı hədə-qorxu gələsiniz! Sizə olan artıq olub. Allaha and olsun, Azərbaycan xalqı ilə birləşib sizin üstünüzdən tank kimi keçərəm. Yerinizi bilin! Kənarda nə edirsiniz, öz işinizdir, şəxsi həyatınızdır. Amma heç birinizin bu xalqa ağıl, məsləhət verməyə ixtiyarı yoxdur. Başa düşdünüz?! Üstünüzdən keçərik! Bu milləti görəndə başınızı aşağı salın və işinizi görün". (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)





