Türkiyə

"Filosof Atakan" illər sonra yeni imici ilə görüntüləndi - FOTO

22 Fevral 2026 20:59
Baxış: 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 10 yaşında olarkən 5 ay ərzində 250 fəlsəfə kitabı oxuduğunu deməsi ilə gündəmə gələn və bir vaxtlar internetdə ən çox axtarılan şəxslərdən olan Atakan Kayalar (ləqəbi ilə "Filosof Atakan") illər sonra yenidən kameralara tuş gəlib. Kafedə işçilərlə foto çəkdirən Atakanın saçlarını uzatdığı və xeyli arıqladığı diqqətdən qaçmayıb.

Milli.Az xəbər verir ki, 10 yaşında tanınan Atakanın hazırda 17 yaşı var. Aradan keçən illər onun xarici görünüşündə ciddi izlər qoyub.

Türkiyə ictimaiyyəti onu bir ticarət mərkəzində kitab rəfləri arasında fəlsəfi fikirlərini bölüşərkən çəkilən videosu ilə tanımışdı. Yaşına görə qeyri-adi mütaliə siyahısı və danışıq tərzi onu qısa müddətdə fenomenə çevirmişdi.

Atakan daha əvvəlki müsahibələrində gələcəkdə akademik fəaliyyətlə məşğul olmaq və fizika kimi dəqiq elmlər sahəsində irəliləmək istədiyini bildirmişdi.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.