İdman

“Nyukasl” – “Qarabağ” oyununun hakimləri açıqlandı

22 Fevral 2026 19:38
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə keçiriləcək "Nyukasl" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.

Milli.Az xəbər verir ki, fevralın 25-də baş tutacaq görüşü İtaliyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR-da Daniele Şiffi və Kristian Dingert olacaq.

Qeyd edək ki, "Qarabağ" ilk görüşdə rəqibinə 1:6 hesabı ilə məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.