Hazırda davam edən "Qarabağ" - "Çelsi" oyununda yarımmüdafiəçi Kadi Borges zədələnib.
Milli.Az xəbər verir ki, oyunun 31-ci dəqiqəsində Ağdam təmsilçisi məcburi əvəzetmə edib.
Belə ki, "Çelsi"nin futbolçusu Mark Kukurelyanın kobud müdaxiləsi nəticəsində "Qarabağ"ın yarımmüdafiəçisi zədələnib və oyunu davam etdirə bilməyib. Onun yerinə meydana Emmanuel Addai daxil olub.
Qeyd edək ki, Kadi meydandan çıxan zaman "Qarabağ" "Çelsi" ilə hesabı bərabərləşdirib.
Milli.Az





