Aşıq Telli Borçalı ilə ARB TV-nin Əcəmi adlı əməkdaşı arasında mübahisə yaşanıb.
Milli.Az xəbər verir ki, buna səbəb ifaçının mahnısının 10 saniyəlik hissəsinin səhv yayımlanması olub.
Hadisə "Həmin Zaur" verilişi zamanı yaşanıb. Telli kulisə gələrək əməkdaşa hücum edib. Onları digər əməkdaşlar ayırıb.
ARB-nin əməkdaşı baş vermiş hadisə ilə bağlı polisə müraciət edəcəyini bildirib. (Axşam.az)
Milli.Az





